Məxfilik sözləşməsi
Bu siyasət Oxu.info saytı tərəfindən avtomatlaşdırma vasitələri istifadə olunmaqla internet vasitəsi ilə fərdi və digər fərdi məlumatların toplanılması və işlənilməsi qaydasını tənzimləyir.
1. Bu siyasət çərçivəsində aşağıdakı terminlərdən istifadə olunur:
1.1. Fərdi məlumatlar — müəyyən və ya müəyyənləşdirilən fiziki şəxsə (fərdi məlumatların subyektinə) birbaşa və ya dolayısı ilə aid olan istənilən məlumat.
1.2. Sayt — Oxu.info tərəfindən istifadəçilərə xidmətlərin göstərilməsi üçün istifadə olunan elektron hesablama maşınları üçün proqramların və ona daxil olmaq imkanını, saytları İnternet şəbəkəsində eyniləşdirmək imkanını verən domen adları və (və ya) şəbəkə adları üzrə İnternet şəbəkəsində təmin edən, informasiya sistemində saxlanılan digər məlumatların, məcmusu. Saytın ünvanı: https://oxu.info
1.3. İstifadəçi — saytdan qeydiyyatdan keçməklə təqdim olunan test və digər materialların əldə edən və bu məqsədlərlə öz fərdi məlumatlarını təqdim edən fiziki və ya hüquqi şəxs.
1.4. Fərdi məlumatların işlənilməsi — avtomatlaşdırma vasitələrinin istifadəsi ilə və ya belə vasitələrdən istifadə etmədən, fərdi məlumatlarla edilən, o cümlədən fərdi məlumatların toplanılması, sistemləşdirilməsi, yazılması, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə olunması), adsızlaşdırılması, bloka salınması, silinməsi, məhv edilməsi daxil olmaqla, istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.
1.5. Fərdi məlumatların avtomatlaşdırılmış işlənilməsi — fərdi məlumatların hesablama texnikası vasitələrinin köməyi ilə işlənilməsi.
1.6. Fərdi məlumatların verilməsi — müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə fərdi məlumatların açıqlanmasına yönələn hərəkətlər.
1.7. Fərdi məlumatların bloka salınması — fərdi məlumatların işlənilməsinin müvəqqəti dayandırılması (işlənilmə fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım hallar istisna olmaqla).
1.8. Fərdi məlumatların məhv edilməsi — fərdi məlumatların informasiya sistemində fərdi məlumatların məzmununu bərpa etmək imkanını mümkünsüz edən və (və ya) fərdi məlumatların daşıyıcılarının məhv olunması ilə nəticələnən hərəkətlər.
1.9. Fərdi məlumatların informasiya sistemi — məlumatlar toplusunda saxlanılan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyaların və texniki vasitələrin məcmusu.
1.10. Cookie faylları — veb səhifə tərəfindən göndərilən və İstifadəçinin daxil olduğu kompüterdə, mobil telefonda və ya digər qurğuda saxlanılan və İstifadəçinin saytdakı hərəkətləri barədə məlumatların yadda saxlanılması üçün tədbiq edilən məlumatlar.
2. İstifadəçilər haqqında məlumatların toplanması, saxlanması, paylanması və qorunması ilə əlaqədar məsələlər bu Məxfilik Siyasəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
3. İstifadəçilərin daxil etdikləri məlumatlar qorunur və bu cür məlumatların kritik xarakterindən də xəbərdardır. Bundan əlavə, məlumat təhlükəsizliyi sahəsindəki inkişaf edən təhlükələr davamlı olaraq izlənilir və mümkün hücumlardan və məlumat oğurluğu cəhdlərindən ən yüksək səviyyədə qorunması üçün mütəmadi testlər aparılır.
4. Oxu.info sistemlə əlaqəli problemləri aşkar etmək və bu problemləri mümkün qədər tez həll etmək üçün lazım olduqda istifadəçilərin IP ünvanlarını aşkarlayır və istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin müəyyən maddələrinə uyğun olaraq məlumatlar 3-cü şəxslərə ötürülmür. Oxu.info veb səhifəsi, istifadə etdiyiniz şəxsi məlumatlar İstifadəçinin öz iradəsi əsasında təqdim olunur.
5. İstifadəçilər sayt vasitəsilə əlaqələndirilən üçüncü tərəf saytlarında hesablarının məxfiliyi və təhlükəsizliyi üçün özləri məsuliyyət daşıyırlar. Oxu.info üçüncü şəxslərin məxfilik siyasəti üçün məsuliyyət daşımır.
6. İstifadəçilər saytdakı hesab və şifrələrin təhlükəsizliyi və məxfiliyinə özləri cavabdehdirlər. Oxu.info Saytının istifadəsi və ya xidmət alışı zamanı hər hansı bir şəxsi məlumatın ehtiyat nüsxəsi, zədələnməsi və ya zədələnməsi nəticəsində yaranan ziyana görə məsuliyyət daşımır.
7. İstifadəçinin fərdi məlumatı dedikdə – ad və soyad, ünvan, telefon nömrəsi, e-poçt ünvanı, bank rekvizitləri və istifadəçini tanıdan hər hansı digər məlumat kimi başa düşülür. Oxu.info, bu məxfilik bəyanatında başqa hal göstərilmədiyi təqdirdə fərdi / korporativ məlumatları hər hansı bir şəkildə üçüncü tərəflərə açıqlamır.
8. Oxu.info ona verilən məxfi məlumatları ciddi şəkildə gizli saxlamağa, məxfiliyin qorunmasına, məxfi məlumatların hamısının və ya hər hansı bir hissəsinin ictimai sahəyə daxil olmasına və ya icazəsiz istifadənin və ya üçüncü tərəfə açıqlanmasının qarşısının alınmasının vacibliyini qəbul edir.
9. Oxu.info internet səhifəsində pullu xidmətdən istifadə edildiyi təqdirdə, İstifadəçilər tərəfindən edilən alış-veriş zamanı ödəmə təşkilatı və ya ödəmə agentliyi tərəfindən toplanan Plastik (kredit) kartı məlumatları, alınan məhsul və xidmətlərin hesab-fakturası məqsədi ilə istifadə edilə bilər.
10. Oxu.info, göndərəcəyi hər hansı bir elektron poçtda plastik kartı nömrəsini, istifadəçi adı, şifrə və ya parol tələb etmir. Elektron poçtlarda olan məlumatlar üçüncü tərəflər tərəfindən görülə bilər. Oxu.info istifadəçi elektron poçtlarından ötürülən məlumatların təhlükəsizliyinə heç bir halda zəmanət verə bilməz və vermir.
11. Cookie faylları — kiçik informasiya həcmli mətn fayllarıdır. Onlar brauzerə göndərilir və istifadəçinin sayta daxil olduğu kompüter, mobil telefon və ya digər cihazda saxlanılır. Cookies faylları informasiyanı, hər dəfə sayta daxil olarkən, ona göndərir. Məsələn, təhlükəsiz axtarış ayarlarını yadda saxlamağa, faydalı reklam elanlarını göstərməyə, sayta daxilolmaların sayını hesablamağa, bizim xidmətlərdə qeydiyyatdan keçməyə və istifadəçinin məlumatlarını qorumağa imkan verir. Cookies faylları daimi ola bilər və, istifadəçi onları silənədək, kompüterdə saxlanıla bilər, və yaxud müvəqqəti (bu cür cookies faylları sessiya faylları adlanır), yəni yalnız brauzer bağlananadək saxlanıla bilər. Bundan savayı, cookies faylları əsas (onlar birbaşa daxil olunan sayt tərəfindən quraşdırılır) və kənar (digər saytlar tərəfindən quraşdırılır) cookies fayllarına bölünür. Cookie fayllarını bloka salmaq və ya silmək, və həmçinin onların fəaliyyətini məhdudlaşdırılmaq imkanından brauzerin ayarlarında İstifadəçi istifadə edə bilər. Cookie fayllarının söndürülməsi bizim materiallardan istifadə etmək imkanının məhdudlaşdırılmasına və saytların keyfiyyətsiz fəaliyyətinə gətirib çıxara bilər. Cookie fayllarının idarə edilməsi barədə məlumatlar mobil cihazın brauzerində cihaza təlimatda göstərilib.
12. Oxu.info saytı və ya Proqramlar daxilində təşkil edə bilən dövri və ya qeyri-dövri sorğulara cavab verən istifadəçilər tərəfindən tələb oluna biləcək məlumatlar və ya kömək kanalına ünvanlanan suallar vermək və Oxu.info və əməkdaşlıq edən şəxslər və ya təşkilatlar tərəfindən bu istifadəçilərə birbaşa marketinq, statistik analiz üçün və xüsusi bir verilənlər bazası yaratmaq üçün də istifadə edilə bilər. Anket və ya yardım xidmətləri, razılığa əsasən 3-cü Tərəflər tərəfindən göstərilən xidmətlər ola bilər.
13. Əldə edilən fərdi məlumatlar, Oxu.info-ın fəaliyyət göstərdiyi yerli və ya beynəlxalq xidmət təminatçılarının işlədiyi hər hansı bir ölkədə müvafiq qanunvericiliyə və təhlükəsizlik tədbirlərinə uyğun olaraq ötürülə, saxlanıla və emal edilə bilər.
14. Oxu.info internet səhifəsinə müraciət edən istifadəçi yalnız öz haqqında daxil edilən məlumatları əldə etmək hüququna sahibdir.
15. Sayt Administrasiyasının bu Məxfilik Siyasətində birtərəfli qaydada dəyişiklik etmək hüququ vardır. Oxu.info tərəfindən edilmiş dəyişikliklər Oxu.info veb səhifəsində yerləşdirildiyi andan etibarən qüvvəyə minir. Məxfilik Siyasətində dəyişiklik edilərkən Sayt Administrasiyası Saytda Məxfilik Siyasətinin yeni versiyasını https:/oxu.info saytında yerləşdirərək bu barədə İstifadəçiyə xəbər verir.
16. İstifadəçi Qeyd Formasından və ya Əlaqə Formasından istifadə edərək bu Məxfilik Siyasətinin yeni şərtlərini qəbul edir.
17. İstifadəçi tərəfindən Sayta ötürülməsi İstifadəçinin şəxsi məlumatlarının ötürülməsinə razılığı deməkdir.
18. İstifadəçinin şəxsi məlumatları, bu Məxfilik Siyasətində açıq şəkildə göstərilən hallar istisna olmaqla, heç bir üçüncü tərəfə ötürülmür.
19. Dövlət orqanlarının, yerli hakimiyyət orqanlarının tələbi ilə İstifadəçinin şəxsi məlumatlarının verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Məlumatın silinməsi siyasəti
Oxu.info onlayn platformasında qeydiyyatdan keçmiş istənilən istifadəçi daxil etmiş olduğu məlumatları silmək hüququna sahibdir.
2.1. İstifadəçi qeydiyyatdan keçərkən istifadə etdiyi elektron poçt adresindən info@oxu.info adresinə mövcud hesabın bağlanması və ona məxsus bütün məlumatların silinməsi haqqında elektron məktub ünvanlamalıdır. Mesajın mövzusu “Hesabın bağlanması” olmalıdır.
2.2. Oxu.info platforması tərəfindən təsdiqləyici mesaja cavab verdikdən sonra istifadəçiyə aid bütün məlumatlar Oxu.info tərəfindən silinir.
2.3. İstifadəçi məlumatları silindikdən sonra ona məxsus hesab bağlanır və geri dönüşü olmayacaq şəkildə silinmiş olur.